Tovuzda “Federasiya kuboku” uğrunda keçirilən yarışın qalibləri məlum olub

Tarix: 26.11.2019

Gənclər və İdman Nazirliyinin (GİN), Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Tovuz Olimpiya İdman Kompleksində keçirilən “Federasiya kuboku” uğrunda yarışın qalibləri müəyyənləşib.

Federasiyadan verilən məlumata görə, yeniyetmələr arasında keçirilən komanda yarışında Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Zaqatala, Mingəçevir, Şəmkir, Masallı, İsmayıllı, Qusar, Qəbələ, Şamaxı, Lənkəran, Ağsu və digər bölgələrin cüdoçuları medallar uğrunda mübarizə aparıblar. Yekunda Bakı şəhərini təmsil edən idmançılar bütün rəqiblərinə qalib gələrək birinci yeri tutublar. Sumqayıt cüdoçuları gümüş, “Şimal-Qərb” komandası isə bürünc medal qazanıblar.

Qaliblərə kubok və medallar, Azərbaycan Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunub.

 

AZƏRTAC