Üç ayda 5102 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib

Tarix: 19.04.2022

Üç ayda 5102 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 8,9 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 8,4 milyon dollar olmaqla 7163 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.