Vadim Akimov: Niderlandın gəmiqayırma şirkətinə böyük etimad gəstərilib

Tarix: 01.06.2023

Bu iki şirkət arasında imzalanan böyük layihələrədn biridir. Bizə - Niderlandın gəmiqayırma şirkətinə böyük etimad gəstərilib.

Bu sözləri  Niderlandın "Damen Shipyards Gorinchem B.V" şirkətinin nümayəndəsi Vadim Akimov deyib.V.Akimov bildirib ki, təmsil etdiyi şirkətin istehsal etdiyi gəmilərin Azərbaycan sularında üzməsi çox qürurvericidir: “Hesab edirəm ki, şirkətimiz daha möhtəşəm layihələrə imza atmaq gücündədir. Ölkə başçılarımızın Davosda keçirilən görüşündən sonra bir çox sahələrdə böyük işlər həyata keçirilib. Bu layihə ilə bağlı razılaşma isə 5 ay ərzində ərsəyə gəlib. Buna görə Bakı Portuna və bu sahədə köməyini əsigəməyən insanlara minnətdarlığımı bildirirəm”, - deyə V.Akimov vurğulayıb.


https://azertag.az/xeber/Vadim_Akimov_Niderlandin_gemiqayirma_sirketine_boyuk_etimad_gesterilib-2642492