Veteranlar arasında dünya çempionatında Azərbaycanı 16 cüdoçu təmsil edəcək

Tarix: 12.10.2021


Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçiriləcək dünya çempionatında Azərbaycanı 16 cüdoçu təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, kişilər arasında Babək Hacıyev (60 kq), Vüqar Babayev (66 kq), Müşfiq Cəfərov, Məmməd Məmmədov (73 kq), Vüsal Cəfərov, Mübariz Cəfərov, Fərhad Cəfərli, Mahir Ağamirzəyev, Rövşən Bağırov (90 kq), Azər Əsgərov, Seyfəl Əsgərov, İmran İmanov, Tural Səfquliyev (100 kq), Yəmən Fətiyev, İntiqam Ələkbərov və Ayaz Umudəliyev (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, oktyabrın 21-də start götürəcək turnir 4 gün davam edəcək.