Voleybol üzrə milli komandalarımız Avropa Liqası yarışlarında mübarizə aparacaqlar

Tarix: 03.12.2021


Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları Avropa Liqası yarışlarında mübarizə aparacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Voleybol Konfederasiyası (CEV) məlumat yayıb.

Qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında, kişilərdən ibarət komandamız isə Gümüş Avropa Liqasında gücünü yoxlayacaq.

Yarışların 2022-ci ilin may-iyun aylarında keçiriləcəyi planlaşdırılır.