YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi COVİD-19-la bağlı maarifləndirici reydlərdə fəal iştirak edir

Tarix: 20.10.2020


Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin könüllülərindən ibarət Binəqədi rayonunda fəaliyyət göstərən mobil qruplar tərəfindən rayon ərazisində koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində sakinlərə qoruyucu tibb maskaların paylanılması həyata keçirilib. Bununla bərabər aksiya zamanı sakinlər arasında tələb olunan qaydalara riayət edilməsinin, şəxsi gigiyena qaydalarına və özünütəcrid tədbirlərinə uyğun davranmağın, müxtəlif şəxslərlə kontaktda olarkən qoruyucu tibbi maskadan istifadə etməyin, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağın vacibliyi barədə söhbət aparılıb.