YAP Binəqədi Rayon Təşkilatının onlayn formatda iclası keçirilmişdir

Tarix: 30.12.2020


29.12.2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon ərazi ilk partiya təşkilatının sədrlərinin bir qrupu ilə video konfrans formatda növbəti görüşü keçirildi.

YAP Binəqədi rayon təşkilatının sədri cənab Ramiz Göyüşov iştirakçıları salamlayaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi və bildirdi ki, 2020 ci il Azərbaycanının tarixinə Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qızıl hərflərlə yazılıb.Vətən müharibəsində qazanılmış bu Qələbə Zəfəri dünya tarixində xüsusi yer alacaq və öyrəniləcək.
Daha sonra YAP Binəqədi Rayon təşkilatının sədri cənab Ramiz Göyüşov təşkilat daxili məsələlərə toxunaraq ərazi ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyyə və tapşırıqlarını çatdırdı.
Tədbirdə çıxış edən Naxçıvani küçəsi 38 ünvanlı (276 nömrəli tam orta məktəb) ərazi ilk partiya təskilatının sədri Bəhram Şiriyev Ramiz Göyüşovun tapşırıq və tövsiyyələrinə ərazi ilk partiya təşkilatlarında əməl olunduğunu və partiyanın apartı ilə uçot və digər sənədləşmə məsələlərinin dəqiqləşdirilməsi üçün daim təmasda olduqlarını bildirdi və təbriklər üçün təşəkkürlərini bildirdi.
Daha sonra çıxış üçün söz Azadlıq prospekti 181, ünvanlı(Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) ərazi ilk partiya təşkilatının sədri Hökümə Əkbərovaya verildi. Hökümə Əkbərova Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı tərəfindən hər dəfə əlamətdar günlərdə onlara diqqət göstərildiyini, təbriklərin kollektivə çatdırıldığını və qarşılıqlı təbriklərin olduğunu vurğuladı.
Ramiz Göyüşov tədbirə yekun vuraraq iştirakçılara işlərində uğurlar arzuladı.