YAP Binəqədi rayon təşkilatı, İbrahimpaşa Dadaşov küç. 260 ünvanlı (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi - ANAMA) ərazi ilk partiya təşkilatının iclası keçirilib

Tarix: 09.07.2021


2021-ci il 8 iyul tarixində YAP Binəqədi rayon təşkilatı, İbrahimpaşa Dadaşov küç. 260 ünvanlı (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi - ANAMA) ərazi ilk partiya təşkilatının iclası keçirilib. İclasda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak edirdi.
İclasdan öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
İclası giriş nitqi ilə açan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov tədbir iştirakçılarını salamladı. Yeni Azərbaycan Partiyasının yaranma tarixi haqqında qısa məlumat verdi. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının təsisçisi ulu öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin rifahı üçün əvəzsiz xidmətlər göstərib və bu gün ulu öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində dövlətimizin mövqeyinin daha da möhkəmləndirilməsinə nail olunub. Vurğulandı ki, Ali Baş Komandan İlham Əliyevin dəstəyi nəticəsində Yeni Azərbaycan Partiyası ən güclü siyasi qüvvə olaraq, qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilmişdir.
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Yeni Azərbaycan Partiyası və Partiyanın Binəqədi rayon təşkilatı haqqında geniş məlumat verdi. Rayon təşkilatı ərazidə təşkil olunan tədbirlərdə fəal iştirak edərək ölkədə aparılan siyasəti hər zaman dəstəklədiyini bildirdi. İclasda təşkilati məsələlərə baxıldı. Agentliyin İdarə heyətinin sədri Vüqar Süleymanov ərazi ilk partiya təşkilatının yeni sədri, Ümumi şöbənin baş mütəxəssisi Ziya Abasov isə müavin seçildi.
Agentlik nümayəndələrindən daha 12 nəfərin könüllü olaraq Partiyaya üzvlük üçün müraciətinə baxıldı. Eyni zamanda, Agentliyin Planlaşdırma, İnkişaf və Beynəlxalq Əlaqələr şöbə müdiri Nicat Kərimova YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tərəfindən üzvlük vəsiqəsi təqdim olundu.
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Agentliyin rəhbərliyi başda olmaqla bütün heyətə ağır, təhlükəli eyni zamanda şərəfli peşə fəaliyyətində uğurlar arzuladı.