YAP Binəqədi rayon təşkilatında ərazi partiya təşkilatının sədrləri ilə növbəti görüş keçirildi

Tarix: 07.10.2021


06 oktyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Pariyası Binəqədi rayon təşkilatının inzibati binasında məktəbəqədər təhsil müəssisələrində təmsil olunan ərazi partiya təşkilatlarının sədrləri ilə növbəti görüş keçirildi.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov dünyada baş verən geosiyasi vəziyyətlə bağlı fikirlərini bölüşdü. Diqqətə çatdırdı ki, dünyanın bir çox ölkəsində baş verən problemlər, vətəndaş qarşıdurması fonunda ölkəmiz dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, müxtəlif sahələri əhatə edən ardıcıl islahatlar həyata keçirilir. Bu gün Azərbaycan inkişaf dinamikasına görə regionda liderliyini qoruyub-saxlayır, dünya ölkələri ilə sıx əmədaşlıq münasibətləri saxlayır. Məhz görülən işlərin məntiqi nəticəsi olaraq vətədaşlar ölkə prezidenti cənab İlham Əliyevə etimad göstərir, partiyaya üzv olmaq üçün müraciət edən insanların sayı artır. Eyni zamanda ölkəmizin artan nüfuzunun fonunda Yeni Azərbaycan Partiyasının da inkişafından və sonuncu qurultaydan ötən müddət ərzində həyata keçirilən islahatlardan danışdı.

Vüsar İsmayılov sözlərinə görə bütün bunların fonunda ölkəmizin inkişafını, ictimai-siyasi sabitliyini gözügötürməyən qüvvələr var. Lakin xalqımız öz əməli ilə dövlət başçının ətrafında sıx birləşdiyini daim sübut edir. Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olundu.

Yeni Azərbaycan Partiyasının üzvləri də dövlət başçısının siyasətinin cəmiyyətdə əsl təbliğatçısı olmalı, bütün məkrli niyyətli qruplara qarşı qətiyyətlə mübarizə aparmalı, ölkəmizin əleyhinə bütün kampaniyalara qoşulanlara layiqli cavablarını verməlidirlər.

Vüsar İsmayılov çıxışının sonunda rayon təşkilatının ərazi partiya təşkilatlarına tapşırıq və tövsiyyələrini verdi. Onları daha da fəal olmağa, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırdı.