YAP Binəqədi rayon təşkilatında gənclər üçün natiqlik təlimi təşkil olundu

Tarix: 16.01.2020

11 və 16 yanvar 2020-ci il tarixlərdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında gənclər üçün natiqlik təlimi təşkil olundu.

Təlimdə təlimçi Könül Quliyeva tərəfindən iştirakçılara natiqlik sənətinin incəlikləri, auditoriya ilə işləmək vərdişləri, nitqin qurulması, jest və mimikalardan, bədən dilindən istifadə məsələləri ilə bağlı ətraflı məlumatlar verildi. Gənclərlə birlikdə  praktik tapşırıqlar yerinə yerinə yetirildi. Təlimçi ona və gənclərə yaradılan şəraitə görə rayon təşkilatına minnətdarlığını bildirdi.

Təlimin yekununda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov natiqlik elminin əhəmiyyətindən danışdı. Gənclərin hərtərəfli yetişməsi istiqamətində rayon təşkilatı tərəfindən həyata keçirilən layihələrin bundan sonra davam etdiriləcəyini diqqətə çatdırdı. Bütün gənclərə uğurlar arzu etdi.