YAP Binəqədi rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət edənlərlə görüş keçirildi

Tarix: 28.02.2020

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında partiya sıralarına qoşulmaq üçün müraciət edən şəxslərlə görüş keçirildi. Görüşdə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın əməkdaşları, partiyaya üzv olmaq üçün müxtəlif ərazi ilk partiya təşkilatları üzrə müraciət etmiş şəxslər və həmin ərazi ilk partiya təşkilatlarının rəhbər şəxsləri iştirak etdilər.

Görüşü giriş nitqi ilə açan Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının yaranma tarixi, həmin illərdə ölkədəki mövcud ictimai-siyasi vəziyyətlə bağlı ətraflı çıxış etdi. Partiyanın rayon təşkilatının sədri ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində, eləcə bu gün dahi şəxsiyyətin ideyalarını ləyaqətlə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan bəhs etdi. O, həmçinin görüş iştirakçılarına partiyanın nizamnaməsi, strukturu və rəhbər şəxsləri, onların fəaliyyətləri barədə məlumat verdi.

Partiyaya üzv olmaq üçün müraciət edən şəxslər çıxış edərək partiyaya üzv olmaqda məqsəd və məramlarını açıqladılar. Onlar bildirdilər ki, Yeni Azərbaycan Partiyasına üzv olmaqda məqsədləri ulu öndər Heydər Əliyev ideyalarını dəstəkləmələri və bu partiyaya qoşulmaqla bu dəstəyi öz əməli fəaliyyətlərində göstərməkdir.

Görüş zamanı partiyaya üzv olmaq üçün müraciət edən şəxslərlə partiyanın bu günkü fəaliyyəti barədə geniş diskussiya aparıldı.

Görüşün sonunda Ramiz Göyüşov çıxış edərək bütün partiya fəallarını və partiyaya yeni qoşulacaq şəxsləri partiyanın fəaliyyətində fəal iştirak etməyə çağırdı.