YAP Binəqədi rayon təşkilatında qadın fəallarla görüş keçirildi

Tarix: 22.10.2021


21 oktyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında təşkilatın qadın fəalları ilə görüş keçirildi.

İclası giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov rayon təşkilatında təmsil olunan fəal qadınların təşəbbüskarlığı və iştirakı ilə bir sıra mühüm uğurlu layihələrə imza atıldığını bildirdi. Qeyd etdi ki, qadın üzvlər bundan sonra da fəaliyyətini uğurla davam etdirməli və cəmiyyətin aparıcı, fəal hissəsi olaraq ictimai-siyasi proseslərdə yaxından iştirak etməlidir. Vüsar İsmayılov qarşıda duran vəzifələr, görüləcək işlər haqqında danışdı. Mühüm əlamətdar günlərlə bağlı keçirilən tədbirlərlə yanaşı, qadınların cəmiyyətdəki yerinin və rolunun artırılması istiqamətində müxtəlif səpkili layihələrə, sosial-humanitar aksiyalara da önəm verdiyini diqqətə çatdırdı. Qadın üzvləri bundan sonra daha da fəal olmağa çağırdı, müvafiq tövsiyyələrini çatdırdı. Sədr vurğuladı ki, rayon təşkilatının tərkibində müxtəlif sahələri əhatə etməklə fəal qadınlar təmsil olunur və Yeni Azərbaycan Partiyası sıralarında fəaliyyət göstərən qadınlar qolunda fəaliyyət göstərən qadınlar hər zaman öz uğurlu və aktiv fəaliyyətləri ilə seçilib. YAP Binəqədi rayon təşkilatının qadın üzvləri istər Binəqədi rayonunun ictimasi-siyasi həyatında fəal iştirak etdiyini, istərsə də ölkənin aparıcı qüvvəsi olaraq partiya sıralarında uğurla təmsil olunduqlarını qeyd etdi. Partiyanın VII Qurultayından sonra aparılan islahatlar və struktur dəyişiklikləri nəticəsində yaradılan Gendər siyasəti şöbəsi də qadınların fəallığına verilən diqqətin təzahürüdür. Bu baxımdan qadınların təşəbbüslərinin bundan sonrakı fəaliyyətimizdə də əhəmiyyətli rol oynacağını nəzərə alaraq hər kəsi daha da fəal və təşəbbüskar olmağa səslədi.

İclasda həmçinin qadın fəallardan Məlahət İbrahimova və Səkinə Babayeva çıxış edərək fikirlərini bildirdilər, bir sıra təkliflərlə çıxış etdilər. İclasda qadın üzvlərin gələcək fəaliyyət istiqamətləri, keçirilməsi nəzərdə tutulan bir sıra tədbir və layihələri geniş müzakirə edildi.