YAP Binəqədi rayon təşkilatında şəhid atası ilə görüş keçirildi

Tarix: 17.02.2023

15 fevral 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Vətən müharibəsi şəhidi, “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuş Abbasov Vahid Sahib oğlunun atası, Binəqədi qəsəbə Ağsaqqallar Şurasının sədri Sahib Abbasovla görüş keçirildi.

Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Vətən müharibəsinin tariximizin ən parlaq və qürurverici səhifələrindən biri olduğunu söylədi. Onun sözlərinə görə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək tarixi torpaqlarımızı işğaldan azad etdilər. Vətənimizin bütövlüyü uğrunda canını fəda etmiş övladlarımız bizlərin iftixarıdır, onların əziz xatirəsi bizlərin qəlbində daim yaşayacaq. Vahid Abbasov da bu cür qəhrəman oğullarımızdan biridir. Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının bütün qurum və təşkilatlar üçün əsl örnək olduğunu, onların fikir və problemlərinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd etdi. Şəhid ailələrinin partiya sıralarında təmsil olunmasını dövət başçına olan inam və etibarın bariz nümunəsi kimi qiymətləndirdi. Bu baxımdan Sahib Abbasovu təbrik edərək partiya sıralarında təmsilçiliyinə görə təşəkkür etdi.

Sahib Abbasov da çıxışında göstərilən diqqətə görə təşəkkürünü bildirdi. O, oğlunun ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucaldığını və bununla qürur duyduğunu vurğuladı. Daha sonra Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunaraq partiya fəaliyyətində yaxından iştirak etmək istədiyini söylədi. Dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşərək, daim dövlətimizin və xalqımızın inkişafı, rifahı naminə həyata keçirilən işlərə dəstək verəcəyini ifadə etdi.

Görüşdə Yeni Azərbaycan Partiyası sıralarına üzv qəbul edilən Sahib Abbasova üzvlük vəsiqəsi təqdim edildi.

Sonda xatirə şəkli çəkdirildi.