YAP Binəqədi rayon təşkilatının “Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sumqayıt şossesi 3-cü km” ünvanlı ərazi ilk partiya təşkilatında iclas keçirildi

Tarix: 25.09.2019


25 sentyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sumqayıt şossesi 3-cü km” ünvanlı ərazi ilk partiya təşkilatında iclas keçirildi.

İclası ərazi ilk partiya təşkilatının sədri, Bakı  Beynəlxalq Avtovağzal Kompleksinin direktoru Cümşüd  Bağırov açaraq qonaqları və tədbir iştirakçılarını salamladı. Kompleksin ərazisində aparılan abadlıq və yenidənqurma işləri haqqında məlumat verdi. Bu işlərin davamlı olmasından, ölkə rəhbərinin bütün sahələrə olduğu kimi nəqliyyat qovşaqlarının yenilənməsi və inkişafına olan qayğısından söz açdı. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ilə sıx münasibətdə olduğunu və bu cür tədbirlərin, görüşlərin davamlı olmasının vacibliyini bildirdi.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov  çıxışında son vaxtlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir başa təşəbbüsü və rəhbərliyi altında ölkəmizdə aparılan sosial, iqtisadi, struktur və kadr islahatları nəticəsində əldə edilən uğurlardan ətraflı məlumat verdi. Bu uğurların əldə edilməsində və təbliğində Yeni Azərbaycan Partiyasının rolunu qeyd etdi. Ramiz Göyüşov bildirdi ki, bu yaxınlarda YAP nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub. Görüşdə Çin Xalq Partiyasının Yeni Azərbaycan Partiyası ilə münasibətlərindən, qarşılıqlı əlaqələrdən, birgə tədbirlərdən geniş məlumat verdi. Ramiz Göyüşov, eyni zamanda ölkəmizdə əldə edilən uğurları, nailiyyətləri gözü götürməyən antiazərbaycan qüvvələrin, istər ölkə daxilində, istərsə də ölkə xaricində dövlətimizin əleyhinə çirkin təbliğat və qarayaxma kampaniyaları apardıqlarını qeyd etdi. YAP rayon təşkilatının sədri belə kampaniyalara qarşı hər bir YAP üzvünün mübarizə aparmasının, vacib olduğunu qeyd etdi.

İclas diskussiya şəklində davam etdirildi.

Sonda  bir qrup partiya üzvlərinə partiya vəsiqələri təqdim olundu.