YAP Binəqədi rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirildi

Tarix: 27.01.2021


27 yanvar 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat konfransı keçirildi.

Konfransdan öncə konfrans iştirakçılarından bir qrupu Vətən müharibəsi şəhidlərinin Biləcəri və Binəqədi qəsəbəsindəki məzarları ziyarət olundu, xatirələri ehtiramla yad edildi, məzarları önünə gül dəstələri qoyuldu.

Hesabat konfransını giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov  konfrans iştirakçılarını salamladı. Vətən müharibəsində canını fəda edərək xalqımıza zəfər sevincini yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sədr rayon təşkilatının ötən ildəki fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, rayon təşkilatı hər il olduğu kimi çətin və mürəkkəb 2020-ci il ərzində də öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinə, eləcə də rayon təşkilatının Fəaliyyət Planlarına uyğun qurub. Ümumilikdə rayon təşkilatı tərəfindən 40-dan çox tədbir və yığıncaq keçirilib, həmin tədbirlərdə 6 min nəfərdən çox insan iştirak edib. Ümummilli lider Heydər Əliyevin irsinin və dövlətçilik fəlsəfəsinin, Azərbaycançılıq məfkurəsinin araşdırılması, öyrənilməsi, geniş təbliğ edilməsi məqsədilə sistemli işlər görülüb. Rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkə prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub. İdeoloji, təşkilati fəaliyyətin həyata keçirilməsi istiqamətində və ərazi ilk partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, partiya işinin mütəşəkkil qurulması, əlamətdar günlərin qeyd edilməsi, tarixi hadisələrin ildönümlərinin işıqlandırılması, gənclərə vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının aşılanması istiqamətində də çoxsaylı layihələr icra olunub. Ramiz Göyüşov həmçinin pandemiya dövründə aztəminatlı ailələr üçün keçirilən humanitar, sosial aksiyalardan bəhs etdi. Xüsusilə bu ilin 9 fevralında keçirilən Milli Məclisə seçkilərə toxunaraq partiyanın inamlı qələbə qazandığını və Binəqədi rayonundan namizədliyi irəli sürülmüş şəxslərin də yüksək nəticələr əldə etdiklərini vurğuladı.

Milli Məclisin komissiya sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında qeyd etdi ki, ötən il ölkəmiz və xalqımız üçün olduqca yaddaqalan bir il olub. İstər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsində böyük uğurlara və nailiyyətlərə imza atmışıq. İlk öncə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz məqsədyönlü islahatlar həyata keçirərək əhalinin təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr vermişdir. Məhz bunun nəticəsidir ki, ölkəmiz pandemiya ilə mübarizədə ən qabaqcıl ölkələrdən biridir. Eldar İbrahimovun  sözlərinə görə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin Vətən müharibəsində erməni işğalçıları üzərində parlaq qələbə qazanaraq tarixi torpaqlarımızı azad etməsi Azərbaycanın yenilməz qüdrətini bütün dünyaya sübut etdi. Məhz bu qalibiyyətin sayəsində Azərbaycan tamdır, bütövdür, beynəlxalq hüquqla təsdiqlənən ərazi bütövlüyünü bərpa edib. Eldar İbrahimov eyni zamanda rayon təşkilatının ötən ildə də çətin pandemiya və müharibə şərtlərinə baxmayaraq uğurla fəaliyyət göstərdiyini bildirdi və hesabat məruzəsini qənaətbəxş hesab etdi.

Millət vəkili, YAP Binəqədi rayon təşkilatı İdarə Heyətinin üzvü Kamaləddin Qafarov çıxışında rayon təşkilatının fəaliyyətini qənaətbəxş hesab edərək fəaliyyətində uğurlar arzu etdi. Bildirdi ki, 2020-ci il rayon təşkilatı üçün olduqca məhsuldar il olub. Əvvəlki illərdə olduğu kimi hesabat ilində də əhəmiyyətli maarifləndirici tədbirlərin uğurla icra edilməsində yaxından iştirak edib. Millət vəkili daha sonra 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbəyə toxunaraq xalqımızı və partiya üzvlərini təbrik etdi. Qeyd etdi ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı qalibiyyət millətimizə sonsuz qürur və iftixar hissini bəxş etdi.

Konfransda həmçinin çıxış edən Vətən müharibəsinin iştirakçısı, Binəqədi rayonu 83 nömrəli liseyin müəllimi, ərazi təşkilatı üzrə YAP Gənclər Birliyinin sədri İdris Abıyev çıxışında Vətən müharibəsi ilə bağlı xatirələrini, təəssüratlarını bölüşdü. Bildirdi ki, xalqımızın Vətən müharibəsində qazandığı zəfər hər birimizə misli görülməmiş qürur yaşatdı. Azərbaycan ordusunun yüksək qüdrətindən, yüksək peşəkarlığından və vətənpərvərliyindən bəhs etdilər. Xalqımızı qələbə münasibətilə təbrik etdi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Binəqədi rayon təşkilatı İdarə Heyətinin üzvü İlqar Süleymanov partiyanın tarixi zərurətdən yarandığını və fəaliyyəti dövründə dövlətimizin və xalqımızın taleyindəki misilsiz xidmətlərindən danışdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi infrastruktur layihələrinin uğurla icra edildiyini diqqətə çatdırdı. Azərbaycanın dünyada ən qabaqcıl 10 islahatçı ölkəsi sırasına daxil olmasını xüsusi nailiyyət adlandırdı. Eyni zamanda Vətən müharibəsində təkcə rəşadətli ordumuzun hərb meydanında deyil, dövlətimizin xarici siyasət sahəsində də qalibiyyət qazandığını vurğuladı. Rayon təşkilatının ötən ilki fəaliyyətini yüksək qiymətləndirərək, gələcək fəaliyyətində uğurlar arzuladı.

Çıxışlar bitdikdən sonra hesabat məruzəsi və 2021-ci il üçün müvafiq Fəaliyyət Planı müzakirə edilərək qəbul edildi. Ramiz Göyüşov qərar layihəsini səsləndirdi.

Konfransın sonunda rayon təşkialtının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup fəal Fəxri Fərmanlarla təltif olundular.