YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Süleyman Sani Axundov 73C ünvanlı (Qida Təhlükəsizliyi İnstitutu) yeni ərazi ilk partiya təşkilatı təsis edildi

Tarix: 07.02.2020

05 fevral 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Süleyman Sani Axundov 73C ünvanlı (Qida Təhlükəsizliyi İnstitutu) yeni ərazi ilk partiya təşkilatı təsis edildi, gündəlikdə duran bir sıra məsələlərə baxıldı.

Təsis yığıncağını giriş nitqi ilə açan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini, Yeni Azərbaycan Partiyasının üzvü Camal Quliyev institutun yaranması, fəaliyyəti, strukturu haqqında məlumat verdi. İnstitutda çalışan işçilər arasında Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunan onlarla fəalın olduğunu bildirdi. Müvafiq ünvan üzrə həmin partiya üzvlərinin təmsil olunacağı yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi və partiyaya üzvlüklə bağlı çoxsaylı müraciətlərin olduğunu diqqətə çatdırdı.

Daha sonra yığıncağın gündəliyində duran birinci məsələ - ərazi ilk partiya təşkilatının təsis edilməsi məsələsi müzakirə edilərək qərar qəbul edildi. Qərara əsasən Binəqədi rayonu, Süleyman Sani Axundov 73C ünvanında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı yaradıldı. Eyni zamanda yığıncaqda təşkilati məsələlərə baxıldı, 7 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri seçildilər. Partiya üzvlərinin yekdil qərarına əsasən Qida Təhlükəsizliyi İnstitutunun Hüquq və Tənzimləmə şöbəsinin Hüquq sektorunun müdiri, Yeni Azərbaycan Partiyasının üzvü Aqil Sərdarov ərazi ilk partiya təşkilatının sədri seçildi. O, çıxış edərək ona göstərilən etimada görə partiya üzvlərinə təşəkkürünü bildirdi. Bu etimadı doğrultmaq üçün əzmlə çalışacağını diqqətə çatdırdı.

Gündəlikdəki sonuncu məsələyə əsasən bu ilin 9 fevral tarixində ölkəmizdə Milli Məclisə keçiriləcək növbədənkənar VI çağırış seçkilərlə bağlı məsələlər müzakirə olundu, fikir mübadiləsia aparıldı.

Yığıncaqda geniş nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bütün prtiya üzvlərini salamladı. Yeni Azərbaycan Partiyasının və partiyanın rayon təşkilatının fəaliyyətindən bəhs etdi. Rayon təşkilatı tərəfindən həyata keçirilən çoxsaylı tədbirlərdən danışdı. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunan uğurlara diqqət çəkərək iqtisadi, sosial islahatların əhəmiyyətli nəticələri barədə fikir bildirdi. Buu günkü inkişafımızın gələcəkdə ölkəmizə daha böyük uğurlar qazandıracağına və atılan məqsədyönlü addımların mərkəzində vətəndaş amilinin hər zaman ön planda olduğunu söylədi. Ramiz Göyüşov yeni yaradılan ərazi ilk partiya təşkilatı barədə fikirlərini bölüşdü, onlara tövsiyyələrini verdi. Partiya üzvlərini bu təşəbbüslərinə görə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı, partiyanın fəaliyyətində yaxından iştirak etməyə çağırdı.

Ramiz Göyüşov çıxışının sonunda Milli Məclisə keçirləcək seçkilərə toxunaraq ölkəmizin ictimai, siyasi həyatında mühüm hadisə olduğunu bildirdi. Bütün partiya üzvlərini seçkilərdə daha da fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmağa səslədi.