YAP Binəqədi rayon təşkilatının Həsrət Ağamalıyev 5 ünvanlı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi

Tarix: 04.12.2021


02 dekabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Həsrət Ağamalıyev 5 ünvanlı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.

Gündəlikdə duran birinci məsələ ilə bağlı ərazi partiya təşkilatının sədri, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İvtixar Piriyev çıxış edərək gündəlikdə duran məsələlər barədə məlumat verdi. Daha sonra hesabat-seçki yığıncağının gündəliyində iki məsələ - ərazi  partiya təşkilatının  VI Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti barədə təşkilat sədrinin hesabat məruzəsi, təşkilatın sədrinin və sədr müavininin seçilməsi müzakirəyə çıxarıldı.

Hesabat məruzəsi ilə çıxış edən İvtixar Piriyev təşkilatın ötən dövr ərzində fəaliyyəti, eləcə də keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Partiya üzvlərinin aktiv fəaliyyətləri ilə seçildiklərini, ərazi partiya təşkilatının işində yaxından iştirak etdiklərini söylədi. Partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinin bundan sonra da layiqincə və keyfiyyətli yerinə yetirilməsi üçün səylə çalışacaqlarını diqqətə çatdırdı.

Daha sonra hesabat məruzəsi ətrafında çıxışlar başlandı. Çıxışçılar təşkilatın fəaliyyəti ilə bağlı fikirlərini bölüşdü. Onlar təşkilatın ötən müddət ərzində fəaliyyətinin qənaətbəxş olduğunu söylədilər.

Hesabat-seçki yığıncağında yekun nitq söyləyən YAP Binəqədi rayon  təşkilatının sədri Vüsar İsmayılov partiyanın VII Qurultayında qəbul edilən qərarlar və struktur dəyişiklikləri barədə məlumat verdi. Bildirdi ki, ölkəmizdə dövlət başçısı, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu inkişaf strategiyasına paralel olaraq partiyanın inkişafı məqsədilə mühüm islahatlar həyata keçirilir. Vüsar İsmayılov, həmçinin Vətən müharibəsində qazandığımız inamlı qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən bəhs etdi. Çıxışının davamında rayon təşkilatının fəaliyyəti barədə məlumat verərək, ərazi partiya təşkilatını daha da fəal olmağa çağırdı, müvafiq tapşırıq və tövsiyyələrini verdi.

Daha sonra təşkilati məsələlər geniş müzakirə olundu. Partiya üzvlərinin yekdil qərarı ilə İvtixar Piriyev ərazi partiya təşkilatının sədri, Arzu Hüseynova sədr müavini seçildilər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı doğruldacaqlarını bildirdilər.