YAP Binəqədi rayon təşkilatının Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 12 ünvanlı

Tarix: 30.09.2019



30 sentyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 12 ünvanlı (“Akabe” MMC) ərazi ilk partiya təşkilatında görüş keçirildi.

İclası Yeni Azərbaycan partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz  Göyüşov açaraq iclas iştirakçılarını salamladı. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov gündəlikdə duran məsələlər barədə məlumat verdi. Sonra çıxışını davam edərək son vaxtlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir başa təşəbbüsü və rəhbərliyi altında ölkəmizdə aparılan sosial, iqtisadi və digər sahələri əhatə edən islahatlardan danışdı. Bu uğurların əldə edilməsində və təbliğində Yeni Azərbaycan Partiyasının rolunu qeyd etdi.

Ramiz Göyüşov eyni zamanda ölkəmizdə əldə edilən uğurları, nailiyyətləri gözü götürməyən antiazərbaycan qüvvələrin xəyanətkar fəaliyyətindən bəhs etdi. YAP rayon təşkilatının sədri belə kampaniyalara qarşı hər bir YAP üzvünün fəal olmasının vacibliyini önə çəkdi. Hər bir üzvümüz, eləcə də vətəndaşımız anti-azərbaycan qüvvələrə qarşı barışmaz olmalı, dövlətimizin maraqlarını daim uca tutmalı, onu qorumalıdır. Dövlətçiliyimizə və ölkəmizin inkişafına kölgə salmaq istəyənlərə qarşı qətiyyətli olmalıdır.

Ramiz Göyüşov ölkəmizin siyasi həyatında mühüm yer tutan Bələdiyyə seçkilərindən danışdı. Bütün partiya üzvlərini seçkilərə hazırlıq mərhələlərində və seçki prosesində fəal olmağa çağırdı.

Eyni zamanda təşkilati daxili məsələlər müzakirə edildi. Partiya üzvlərinin uçot qaydalarına riayət olunmasına, partiya üzvlərinin  üzvlüyə  qəbul  olunarkən könüllülük prinsipinə ciddi əməl olunmasının vacibliyi vurğulandı.

Sonda digər natiqlər çıxış edərək verilən tövsiyyələrə əməl olunacağını qeyd etdilər.