YAP Binəqədi rayon təşkilatının rəsmi internet saytının yeni dizaynda və tərtibatda təqdimatına həsr olunmuş tədbir keçirilib

Tarix: 04.12.2019


04 dekabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilının rəsmi “bineqediyap.org.az” internet saytının yeni dizaynda və tərtibatda təqdimatına həsr olunmuş tədbir keçirilib. Tədbirdə rəsmi internet saytını təqdim edən və məlumat verən YAP Binəqədi rayon təşkilatının məsul əməkdaşı Kubra Əliyarlı bildirib ki, müasir dövrümüzdə informasiya mübarizəsinin getdiyini nəzərə alaraq, müasir dövrün tələblərinə uyğun olaraq görülən işlərin və keçirilən tədbirlərin işıqlandırılması xüsusi əhəmiyyət daşıyır. Rayon təşkilatı media qurumlarının daha operativ məlumatlandırılması və rayon təşkilatının özünün təbliğatını daha intensiv qurması məqsədilə rəsmi internet saytının yaradılmasını qarşıya mühüm məqsəd kimi qoyaraq 01 dekabr 2013-cü il tarixdə “bineqediyap.org.az” rəsmi internet saytının yaradılmasına nail olub. Ötən 6 il ərzində sayt uğurla fəaliyyət göstərib. Lakin saytın dizaynının və tərtibatının köhnəldiyini, müasir tələblərə cavab vermədiyini və təhlükəsizlik məsələlərinin həll edilməsini təmin etmək məqsədilə əvvəlki arxivi qorunub, saxlanılmaqla müasir tələblərə uyğun olaraq yenidən tərtib edilib, yeni müasir dizaynda yığılması təmin edilib. Kubra Əliyarlı daha sonra sayt haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, saytda 7 bölmə, 26 alt bölmə, xəbər lenti, axtarış bölməsi, faydalı linklər, həmçinin sosial şəbəkələrə keçidlər işlənib hazırlanıb. Saytın yaradılması və yeni dizaynda tərtibatının YAP Binəqədi rayon təşkilatının fəaliyyətinin bütünlüklə işıqlandırılmasına, mətbuatla işin daha operativ və intensiv qurulmasına xidmət etdiyini söyləyib. Onun sözlərinə görə saytda ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, eləcə də dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin daxili və xarici siyasi kursu, YAP-ın və YAP Binəqədi rayon təşkilatının fəaliyyəti, həmçinin Binəqədi rayonunda görülən işlər geniş işıqlandırılır.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, rayon təşkilatı tərəfindən tarixi, əlamətdar günlərdə və müxtəlif mövzularda maarifləndirici silsilə tədbirlər, layihələr və görüşlər həyata keçirir. Bu tədbirlərdə partiya üzvlərinin fəal iştirakı təmin edilir. Görülən işlərin cəmiyyətimizə çatdırılması, insanların müxtəlif mövzularda, əsasən ölkəmizdəki siyasi, iqtisadi, sosial, mədəni sahələrdə baş verən hadisələr barədə xəbərdar edilməsi, onların bu proseslərə qoşulmasını təmin etmək siyasi partiyanın mühüm fəaliyyət istiqamətlərindən biridir. Bu baxımdan partiyanın YAP Binəqədi rayon təşkilatı öz üzərinə düşən məsuliyyətin tam və düzgün həyata keçirilməsi məqsədilə işini müasir tələblər səviyyəsində qurub. Belə bir şərait partiyanın müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanmaq zərurətini ortaya qoyub. Bu məqsədlə YAP Binəqədi rayon təşkilatı informasiya texnologiyalarının inkişafından və imkanlarından istifadə edərək bir sıra təbliğat platformalarından səmərəli  istifadə edir. Burada sosial media şəbəkələrindən, kütləvi informasiya vasitələri ilə sıx əlaqələrin qurulması və onlarla birgə əməkdaşlıqdan maksimum yararlanır. Bu gün sizlərə təqdim olunan “bineqediyap.org.az” saytını buna misal göstərmək olar. Saytda dünyada baş verən hadisələr, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar, sosial-iqtisadi, siyasi, mədəni və s. sahələrdə əldə edilən nailiyyətlər, YAP-ın və partiyanın rayon partiya təşkilatının gördüyü işlər və tədbirlər ictimaiyyətə geniş təqdim edilir, mütəmadi olaraq YAP gənclərinin məqalələri yayımlanır.

Millət vəkili Kamaləddin Qafarov tədbirdə çıxışı zamanı bildirib ki, dövlət qurumları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlərin öz xidmətləri və imkanları haqqında məlumatları yaymaq üçün saytlardan istifadə etməsi ən optimal və əlverişli imkanlardan biri hesab edilir. Veb-saytlar konkret məzmunu olan informasiya platforması kimi həmin qurumu yüksək səviyyədə təmsil edir, təbliğatını təşkil edir. YAP Binəqədi rayon təşkilatının yeni saytının yaradılması da məhz bu məqsədlərə xidmət edir. Müasir texnologiyalar vasitələrindən səmərəli istifadə edərək informasiyanın ötürülməsi, təkcə partiya üzvlərinin deyil, bütün cəmiyyətimizin daha dolğun, birbaşa birinci mənbədən məlumatlandırılması, onları operativ xəbər bolluğu ilə təmin etmək əsas məqsədlərdən biridir. Veb-saytın optimallaşdırılması saytın hərtərəfli yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdən biridir. Bu günkü təqdimatının keçirilməsi də müasirləşmənin və inkişafın bariz nümunəsidir. Kamaləddin Qafarov çıxışının sonunda rayon təşkilatının və saytın gələcək fəaliyyətinə uğurlar arzuladı.