YAP Gəncləri COVİD-19-la bağlı maarifləndirirci reydlərdə fəal iştirak edir

Tarix: 18.09.2020


Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət, eyni zamanda əhalinin maarifləndirilməsi məqsədilə Binəqədi rayonunda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin könüllülərindən ibarət mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir. Müəyyən edilmiş qrafikə uyğun olaraq fəaliyyətinə icazə verilmiş mağazalarda, eləcə də bir sıra obyektlərdə monitorinqlər həyata keçirilir. Keçirilən reydlərin əsas məqsədi sahibkarların və müştərilərin Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara daha ciddi əməl edilməsinin təbliğ edilməsindən ibarətdir.