08.03.2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının fəal gəncləri 8 MART Beynəlxalq Qadınlar Günü münasibəti ilə Binəqədi rayonunda şəhid analarını təbrik etdilər.
İlk olaraq Aprel döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olmuş Emin Bağırov və Fəxrəddin Qurbanlının ailəsini ziyarət olundu. Daha sonra gənclər Binəqədi rayonunda İlqar Kərimov, Vüsal Salahlı, Sahib Hüseynovun evlərini ziyarət etdilər.YAP Binəqədi Rayon təşkilatının Gənclər Birliyinin sədri Anar Əliyev və fəal gənclər şəhid analarını təbrik etdilər onlara partiya rəhbərliyinin təbriklərini və xoş arzularını çatdırdılar, qayğıları ilə maraqlandılar. Ailələr göstərilən diqqət, qayğıya görə öz təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.