Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının onlayn formatda iclası keçirildi

Tarix: 25.12.2020


23.12.2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon ərazi ilk partiya təşkilatının sədrləri ilə video konfrans formatda növbəti görüşü keçirildi.
YAP Binəqədi rayon təşkilatının sədri cənab Ramiz Göyüşov iştirakçıları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti,Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər haqqında geniş fikir səsləndirdi. O, Azərbaycanın əzəli torpaqlarının – Dağlıq Qarabağ və ətraf rayonların, məhz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli Azərbaycan ordusunun əzmi, gücü, hərbi üstünlüyü ilə işğaldan azad olunduğunu diqqətə çatdırdı. Ölkə rəhbərinin Ümummilli Lider Heydər Əliyevin ən layiqli siyasi varis olduğunu bildirən natiq, Azərbaycanın sadəcə regionun deyil, eləcə də dünya ölkələri arasında vacib faktora çevrildiyini qeyd etdi.
Daha sonra YAP Binəqədi Rayon təşkilatının sədri cənab Ramiz Göyüşov təşkiladaxilı məsələlərə toxunaraq ərazi ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyyə və tapşırıqlarını çatdırdı.
Tədbirdə çıxış edən S.S.Axundov küç.1 ünvanlı (Azərbaycan Milli Aerokosmik Agentlik) ərazi ilk partiya teskilatinin sədri Tofiq Süleymanov Azərbaycan Respublikası Müdafiə və Sənaye Nazirliyinin işçilərinin peşə bayramını təbrik etdiyi üçün cənab Ramiz Göyüşova öz təşəkkürünü bildirdi.
Daha sonra çıxış üçün söz 8-ci mkr., 71C Ibrahimpaşa Dadaşov Küçəsi (Vertebra Tibb Mərkəzi)ərazi ilk partiya təşkilatının sədri İradə Hacıyevaya verildi. İradə Hacıyeva Azərbaycan Respublikasının qazandığı şanlı zəfərlə bağlı danışdı. Döyüşdə yaralalan qazilərimizə tibb işçilərimiz, xüsusilə də Yeni Azərbaycan Partiyasının üzvü olan tibb işçiləri əllərindən gələn tibbi yardım göstərdiklərini qeyd etdi.
Daha sonra çıxış edən Atatürk pr.307 ünvanlı ( Hb Co LTD) ərazi ilk partita təşkilatının sədr müavini Nigar Vəliyeva bütün dünyada tüğyan edən pandemiyadan bəhs edərək vətəndaşlarımızın sağlamlığı üçün çalışan, Covid 19-la mübarizədə şücaət göstərən, xalqa xidmət edən, həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən tibb işçilərindən danışdı. Bildirdi ki, tibb işçilərimiz dövlətin qayğısını hər zaman hiss edir.
Daha sonra Rəsulzadə qəs.Davudoğlu küç.3 ünvanlı(20 saylı uşaq poliklinikası)ərazi ilk partiya təşkilatının sədri Şəfəq Məmmədovaya və Bakı, Binəqədi, Cəfər Xəndan 17 ünvanlı (Bakı Turizm və Peşə Məktəbi) ərazi ilk partiya təşkilatının sədri Radmilla Mustafayeva çıxış edərək Qarabağ zəfəri münasibətilə hər kəsi təbrik etdilər,rəhbərlik etdikləri ilk partiya təşkilatının işini rayon təşkilatının tələb və tösiyyələrinə uyğun qurduqları haqda məlumat verdilər.
Ramiz Göyüşov tədbirə yekun vuraraq iştirakçılara işlərində uğurlar arzuladı.