Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı K.Rəhimov küçəsi 76 ünvanlı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

Tarix: 02.12.2021


30 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı K.Rəhimov küçəsi 76 ünvanlı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri gündəlikdə duran məsələlər barədə məlumat verdi və ərazi ilk partiya təşkilatının VI Qurultaydan ötən dövr ərzində gördüyü işlərin hesabatı dinlənildi. Yığıncaqda təşkilat sədrinin hesabat məruzəsi dinlənilməklə yanaşı, bir sıra təşkilati məsələlərə də baxıldı.