17 dekabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi. Görüşdə YAP Binəqədi rayon Təşkilatının sədri Vüsar İsmayılov, təşkilatın əməkdaşları, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslər və aidiyyatı üzrə ərazi partiya təşkilatının rəhbərləri iştirak etdilər.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, Azərbaycan regionun aparıcı bir ölkəsi olaraq daim inkişaf edir və bu inkişaf göstəriciləri ilə bütün dünyaya nümunədir. Təbii ki, ölkəmizin çoxsaylı uğurlarının arxasında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət kursu dayanır. Sədr çıxışında 44 günlük Vətən müharibəsindən bəhs edərək 30 ilə yaxın əsarətdə qalan tarixi torpaqlarımızın işğalda azad edilməsinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu qeyd etdi.
Partiyanın rayon təşkilatının sədri çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, onun siyasi fəaliyyətindən, həyata keçiridiyi uğurlu layihələrdən, eyni zamanda bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayında qəbul edilən yeni qərarlardan - partiyanın yeni strukturunun formalaşdırılmasından, yeni Nizamnaməsinin qəbul olunmasından söhbət açdı. O, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə ətraflı söhbət apararaq, onlara partiyanın fəaliyyətində hər zaman fəal olmağı tövsiyyə etdi.
Görüşdə çıxış edənlər üzvlüyə namizədlər YAP-a üzv olmaq istəklərinin dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin dövlətimizin və xalqımızın maraqlarına xidmət edən uğurlu siyasətinə verilən dəstəyin təzahürü olduğunu bildirdilər.
Görüş geniş fikir mübadiləsinin aparılması ilə başa çatdı, təkliflər dinlənildi.