Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 28 may qəsəbəsi, 8-ci küçə ünvanlı ərazi ilk partiya təşkilatında partiya fəalları ilə görüş keçirildi

Tarix: 10.10.2019

10 oktyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, 28 may qəsəbəsi, 8-ci küçə ünvanlı ərazi ilk partiya təşkilatında partiya fəalları ilə görüş keçirildi.

Görüşü giriş nitqi ilə açan YAP-ın üzvü, 306 saylı orta məktəbin direktoru Gültəkin Ədilova partiya üzvlərini və qonaqları salamladı. Bildirdi ki, bu gün Azərbaycanda cənab prezident İlham Əliyev Əliyev tərəfindən təhsilə böyük diqqət ayrılır. Hal-hazırda istifadə də olan bu məktəb 1 il bundan qabaq istifadəyə verilib və müsair tələblərə cavab verən şəraitlə təmin olunub. Belə məktəblərin sayı onlarladır. Bu tipli məktəblərin tikintisi bütün bölgələri əhatə edir. Bu gözəl şəraitdə Azəbycanının vətənpərvər gəncləri yetişir və formalaşır.

Daha sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, rayon təşkilatı mütəmadi olaraq partiya üzvləri ilə görüşlər keçirir. Bu cür görüşlərin keçirilməsində əsas məqsəd partiya üzvləri ilə sıx ünsiyyətin qurulması, onların fikir və təkliflərinin öyrənilməsi, onların ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etməkdir. Ramiz Göyüşov nitqində ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs etdi. Azərbaycanımızı qorumağın, onun müstəqilliyinin və suverenliyinin daimi, əbədi olmasının hər bir vətəndaşın ən vacib və müqəddəs borcu olduğunu diqqətə çatdırdı. İnsanlarımızı, partiya üzvlərini bu cür siyasi situasiyalarda daha da ayıq-sayıq olmağa, dövlət başçısının ətrafında sıx birləşməyə çağırdı.

Görüş bədii hissə ilə davam etdirildi. Prezident cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan olunması ilə əlaqədar məktəb şagirdlərinin ifasında şeir və mahnılar səsləndirildi.