Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi 7-ci döngə, ev 100 ünvanlı (Xocəsən bələdiyyəsi) ərazi ilk partiya təşkilatında seçki iclası keçirildi

Tarix: 16.03.2020

12 mart 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi 7-ci döngə, ev 100 ünvanlı (Xocəsən bələdiyyəsi) ərazi ilk partiya təşkilatında seçki iclası keçirildi və gündəlikdə duran bir sıra məsələlərə baxıldı.

İclası giriş nitqi ilə açan Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova,  bələdiyyəsinin fəaliyyəti, strukturu haqqında məlumat verdi. Bələdiyyədə çalışan işçilər arasında Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunan onlarla fəalın olduğunu bildirdi. Bələdiyyə sədri partiyaya üzvlüklə bağlı çoxsaylı müraciətlərin olduğunu diqqətə çatdırdı. Daha sonra iclasa sədrlik etmək üçün sözü YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşova verdi.

Ramiz Göyüşov yığıncaq iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələlərlə bağlı müzakirələlərə başladı. Gündəlikdə duran təşkilati məsələlərə baxıldı, 7 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri seçildilər. Partiya üzvlərinin yekdil qərarına əsasən Xocəsən bələdiyyəsinin sədri, Yeni Azərbaycan Partiyasının üzvü Nigar Məmmədova ərazi ilk partiya təşkilatının sədri seçildi. O, çıxış edərək ona göstərilən etimada görə partiya üzvlərinə təşəkkürünü bildirdi. Bu etimadı doğrultmaq üçün əzmlə çalışacağını diqqətə çatdırdı.

Gündəlikdə duran ikinci məsələ Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət edənlərin sənədlərini qəbul etdilər.

Gündəlikdəki sonuncu məsələyə əsasən ölkədə və elədəcə Binəqədi rayonunda görülən işlər və ölkə başçısı cənab İlham Əliyevin apardığı siyasətlə bağlı fikir mübadiləsi aparıldı.

Yığıncaqda nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının və partiyanın rayon təşkilatının fəaliyyətindən bəhs etdi. Rayon təşkilatı tərəfindən həyata keçirilən çoxsaylı tədbirlərdən danışdı. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunan uğurlara diqqət çəkərək iqtisadi, sosial islahatların əhəmiyyətli nəticələri barədə fikir bildirdi. Bu günkü inkişafımızın gələcəkdə ölkəmizə daha böyük uğurlar qazandıracağına və atılan məqsədyönlü addımların mərkəzində vətəndaş amilinin hər zaman ön planda olduğunu söylədi. Ramiz Göyüşov yeni seçilən idarə heyətini, sədr və sədr müavinlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı, partiyanın fəaliyyətində yaxından iştirak etməyə çağırdı.