Binəqədi rayonu F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində açıq havada 01 İyun- "Uşaqların Beynəlxalq Müdafiə Günü”nə həsr olunmuş bayram konserti keçirilmişdir

Tarix: 03.06.2021


01 İyun 2021-ci il tarixində Binəqədi rayonu F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində açıq havada 01 İyun- "Uşaqların Beynəlxalq Müdafiə Günü”nə həsr olunmuş bayram konserti keçirilmişdir.
Bayram tədbirində məktəbin xoreoqrafiya şöbəsi (xoreoqraf Z.İbrahimova),nağaraçalanlar ansamblları (m.S.Əliyev,C.Həsənov),məktəbin böyük xoru (xormeyster İ.Aslanova,kons.Ş.Qəhrəmanova),kiçik xoru (xormeyster Ü.Məstanova,kons.K.Mehdiyeva) və truba ixtisası üzrə müəllim Z.Talıbov (kons.Ə.Həsənova )çıxış etdilər.
Bu şagirdlərin pandemiya şəraitindən sonra ilk bayram tədbiri idi.
Tədbirdə məktəbin müəllim və şagird heyəti, valideynləri və YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva və aparatın əməkdaşları iştirak edirdilər.