Binəqədi rayonunda “Şəhərimizi tullantılardan qoruyaq” adlı layihəsi çərçivəsində marifləndirici aksiya keçirildi.

Tarix: 08.10.2020


30 sentyabr 2020-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi 2020-ci il 1-ci qrant müsabiqəsinin qalibi olmuş “İnkişaf” yerli özünüidarəetmənin təşviqi ictimai birliyinin “Şəhərimizi tullantılardan qoruyaq” adlı layihəsi çərçivəsində marifləndirici aksiya keçirildi. Aksiya çərçivəsində Binəqədi rayonu ərazisində H.Əliyev adına İstirahət Parkında, Z.Əliyeva adına İstirahət Parkında, rayon ərzasində yerləşən abad məhəllələrdə,  M.Ə. Rəsulzadə qəsəbəsində yerləşən dendroloji parkda, Binəqədi qəsəbəsi ərazisindəki  Zəli gölü ətrafında və Novxanı çimərliyi ərazisində əvvəlcədən müəyyən edilmiş yerlərdə məlumatlandırıcı lövhələr yerləşdirilmişdir.

Daha sonra Binəqədi rayonu ərazsində insanların sıx olduğu yerlərdə məlumatlandırıcı buklet və flayerlər paylanılmışdır. Aksiya 10 nəfər könüllü gəncin iştirakı ilə həyata keçirilmişdir.