Ermənistan bu cinayətə görə də cavab verməlidir!

Tarix: 08.06.2021


ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin, BMT Təhlükəsizlik Şurasının həll edə bilmədiyi münaqişəni Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu həll etdi. Vətən mü­ha­­ribəsində ordumuz Ermənistanın illərlə möhkəmləndirdiyi müdafiə sədlərini, qurğularını, mü­dafiə sistemini dağıtdı, işğalçı ordusunu darma­da­ğın etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi fikir – “İkinci Qa­ra­bağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbə­di qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təs­diq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir. Başını, boynunu bükmüş ölkədir və hə­mi­şə belə olacaq” – hamımızın bu müharibənin içtirakçısı olduğumuzu təsdiqləyir.

Ermənistan məğlub oldu. Dünya ictimaiyyəti gördü ki, vətənpərvərlik işğalı diz çök­dü­rür. Dünya ictimaiyyəti onu da gördü ki, “Zülmün topu var, gülləsi var, qələsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır”.

Ermənistan məğlub oldu, ancaq erməniliyin izləri torpaqlarımızdan hələ tamamilə təmiz­lən­məyib. İyunun 5-də Kəl­­bəcərin Susuzluq kəndində xidməti vəzifəsini yerinə yetirərkən iki jurnalistimiz mina partlaması nəticəsində şəhid oldu: Azərbaycan Dövlət İnformasiya Agentli­yi­nin əməkdaşı Məhərrəm İb­ra­himov və AzTV-nin operatoru Sirac Abışov. Dünya ictimaiyyəti məğ­lub Ermənistanın bəşə­riy­yətə düşmənçiliyini ciddi pisləməli deyilmi? Beynəlxalq jur­na­lis­ti­ka bu faciəyə görə Er­mə­nistanı ciddi qınamalıdır. Niyə qınamır?

Azərbaycan ictimaiyyəti Azərbaycan jurnalistikasının mənəvi dayağıdır.

Azərbaycan ictimaiyyəti bu şəhidliyə görə də Ermənistan dövlətindən cavab tələb edir. Həm də cox ciddi! Qalib dövlətin adından tələb edir!

Səbinə Xasayeva

Milli Məclisin deputatı