Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin bir qrupu ilə video konfrans formatda növbəti görüşü keçirildi.

Tarix: 06.01.2021


06.01.2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin bir qrupu ilə video konfrans formatda növbəti görüşü keçirildi.

YAP Binəqədi rayon təşkilatının sədri cənab Ramiz Göyüşov iştirakçıları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti,Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər haqqında geniş fikir səsləndirdi. O, Azərbaycanın əzəli torpaqlarının – Dağlıq Qarabağ və ətraf rayonların, məhz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli Azərbaycan ordusunun əzmi, gücü, hərbi üstünlüyü ilə işğaldan azad olunduğunu diqqətə çatdırdı. Ölkə rəhbərinin Ümummilli Lider Heydər Əliyevin ən layiqli siyasi varis olduğunu bildirən natiq, Azərbaycanın sadəcə regionun deyil, eləcə də dünya ölkələri arasında vacib faktora çevrildiyini qeyd etdi.

Daha sonra YAP Binəqədi Rayon təşkilatının sədri cənab Ramiz Göyüşov təşkilatdaxili məsələlərə toxunaraq ərazi ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyyə və tapşırıqlarını çatdırdı.

Tədbirdə çıxış edən Yükdaşıma və nəqliyyat ərazi ilk partiya təskilatınin sədri Azər Zülfüqarov rəhbərlik etdiyi ilk partiya təşkilatının işini rayon təşkilatının tələb və tösiyyələrinə uyğun qurduqları haqda məlumat verdi.

Ramiz Göyüşov tədbirə yekun vuraraq iştirakçılara işlərində uğurlar arzuladı.