Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Ziya Bünyadov 31-03 ünvanında yerləşən ərazi partiya təşkilatının iclası keçirilmişdir

Tarix: 18.12.2021

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Ziya Bünyadov 31-03 ünvanında yerləşən ərazi partiya təşkilatının iclası keçirildi.

İclasda çıxış edən ərazi partiya təşkilatının üzvü, 4 saylı Bakı Dost Mərkəzinin direktoru Çingiz Əliyev gündəlikdə duran məsələ barədə üzvlərə məlumat verdi. Bildirdi ki, gündəliyə əsasən ərazi partiya təşkilatının sədrinin və sədr müavininin seçilməsi müzakirə ediləcək və müvafiq qərarlar qəbul ediləcək. O, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə regionda və ölkəmizdə reallaşdırılan uğurlu iqtisadi, siyasi, sosial islahatlardandan bəhs etdi. Dost mərkəzlərinin fəaliyyətindən danışaraq vətəndaşlarımıza göstərilən xidmətin səviyyəsinin günbəgün daha da artdığını, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində görülən işlər haqqında məlumat verdi. Ərazi partiya təşkilatının üzvü kimi partiyanın fəaliyyətində yaxından iştirak etdiyini, ictimai proseslərdə bundan sonra fəal şəkildə və yaxından iştirak edəcəyini diqqətə çatdırdı.

Ərazi partiya təşkilatının üzvü Cavid Cabbarlı çıxış edərək partiyanın fəaliyyətindən və gənclər siyaətindən danışdı. Ölkəmizdə gənclərin inkişafı üçün atılan addımların xalqımızın gələcək rifahının əsaslarını təşkil etdiyini bildirdi. Çıxışının sonunda ərazi partiya təşkilatının sədrliyinə Əliyev Çingiz Kərim oğlunun namizədliyini irəli sürdü. Təklif səsə qoyularaq yekdilliklə qəbul edildi.

Çingiz Əliyev çıxışında göstərilən etimada görə təşəkkür edir və sədr müavini kimi mərkəzin direktor müavini,  ərazi partiya təşkilatının üzvü Fərzəliyev İnqilab Əkrəm oğlunun namizədliyini təklif edir. Təklif səsə qoyularaq yekdilliklə qəbul edildi. İnqilab Fərzəliyev çıxış edərək göstərilən etimada görə təşəkkür etdi.

YAP Binəqədi rayon  təşkilatnın sədri Vüsar İsmayılov iclasda yekun nitq söyləyərək partiyanın VII Qurultayında qəbul edilən qərarlar və struktur dəyişiklikləri barədə məlumat verdi. Bildirdi ki, ölkəmizdə dövlət başçısı, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu inkişaf strategiyasına paralel olaraq  partiyanın inkişafı məqsədilə mühüm islahatlar həyata keçirilir. Vüsar İsmayılov, həmçinin Vətən müharibəsində qazandığımız inamlı qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən bəhs etdi. Ərazi partiya təşkilatının daha da uğurlu və keyfiyyətli fəaliyyət göstərməsi, partiya üzvləri ilə əlaqələrin bundan sonra da intensiv və operativ qurulması üçün müvafiq tapşırıq və tövsiyyələrini verdi. Yeni seçilən sədr  və müavinə, partiya üzvlərinə uğurlar arzu etdi.