“Azərenerji” mükafata layiq görülüb

Tarix: 28.11.2019

Dünya miqyasında müəssisələr üzrə keyfiyyət və davamlı inkişafa nail olunmanı araşdıran və Avropanın nüfuzlu qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənən Fransanın “Otherways Group” Menecment və Konsaltinq Assosiasiyası “Azərenerji” Açıq Səhmdar Cəmiyyətini “2019-cu ildə keyfiyyət və ən böyük dəyişikliklərə görə qızıl mükafata” layiq görüb.

ASC-dən bildirilib ki, noyabrın 24-25-də Romada keçirilən tədbirdə “Azərenerji” ASC-ni Xarici iqtisadi əlaqələr idarəsinin rəisi Əli Abbasovla İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev təmsil ediblər.

Beləliklə Fransa, Yaponiya, Yunanıstan və digər 24 ölkənin hökumət və böyük səhmləri dövlətdə olan müəssisələrindən biri də Azərbaycandan olub. MDB ölkələrindən isə yalnız Ukrayna, Gürcüstan və Azərbaycan mükafata layiq görülüb.

Tədbirdə iştirakçılara Prezident İlham Əliyevin energetika strategiyasına uyğun olaraq son illərdə enerjinin istehsalı, ötürülməsi, paylanması və idarə edilməsi sahəsində aparılan islahatlar, tikinti, o cümlədən “Reabilitasiya Proqramı” çərçivəsində həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib.

 

 AZƏRTAC