“Azeri Light”ın bir barrelinin qiyməti 60,5 dolları ötüb

Tarix: 13.02.2020

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,91 dollar artaraq 60,53 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)