“Azərpoçt” ilə “Belpoçta” müqavilə imzalayıb

Tarix: 05.12.2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC və Belarusun poçt operatoru “Belpoçta” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

MMC-dən  imzalanma mərasimi “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində baş tutub. Mərasimdə Belarusun Rabitə və İnformasiya naziri Konstantin Şulqan da iştirak edib.

Müqaviləyə əsasən, tərəflər qruplaşdırılmış poçt göndərişlərinin ikitərəfli mübadiləsini həyata keçirəcək. Belə ki, tərkibi elektron kommersiya mallarından ibarət olan beynəlxalq kiçik paketlərin mübadilə şərtləri asanlaşdırılacaq və bu göndərişlərin bazara uyğun qiymətlərlə çatdırılması təmin olunacaq. Əsas məqsəd iki ölkə arasında mübadilə olunan poçt həcmini artırmaq və elektron kommersiyanın daha geniş inkişafına nail olmaqdır.

Qeyd edək ki, ötən il “Bakutel 2018” sərgisində “Azərpoçt” MMC və “Belpoçta” arasında poçt, maliyyə xidmətlərinin, EMS və logistikanın inkişaf etdirilməsilə bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

AZƏRTAC