“Azərsu” elektron xidmətlər portalını istifadəyə verib

Tarix: 24.09.2020


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) sentyabrın 24-də “e-su.az” elektron xidmətlər portalının təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Emil Əhmədov portalın faydaları, üstünlükləri, əlçatanlığı və operativliyi barədə danışıb. Qeyd edib ki, portalın yaradılmasında məqsəd pandemiya şərtlərinə uyğun olaraq abonentin sayğac göstəricilərini nəzarətçilərin mənzillərə gəlmədən sistem üzərində əks olunmasını təmin etməkdir.

E.Əhmədov əlavə edib ki, şikayətçilər öz problemlərinin həllinin hansı mərhələdə olduğunu da portal vasitəsilə izləyə biləcəklər.