“Pekin-2022” Qış Olimpiya Oyunları texnoloji üstünlükləri ilə digərlərindən fərqlənəcək

Tarix: 15.01.2022


“Pekin-2022” Qış Olimpiya Oyunlarına hazırlıq davam edir.

AZƏRTAC xəbər verir ki, builki yarış texnoloji üstünlükləri ilə digərlərindən fərqlənəcək. Çin nümayəndə heyəti qida sektoru ilə bağlı növbəti yeniliyi təqdim edib. Belə ki, jurnalistlər və işçi heyətə yeməkləri insanlar əvəzinə xüsusi robotlar verəcək. Bununla bağlı sınaq təqdimatı da keçirilib.

Eyni zamanda Olimpiadalar tarixində ilk dəfə əksər oyun meydanları 100 faizlik bərpa olunan enerji ilə təmin olunacaq. Yarış arenalarına 700-dən çox hidrogenlə işləyən avtomobilin də cəlb olunacağı gözlənilir.

Beynəlxalq Olimpiya Komitəsi və Çin rəhbərliyinin birgə razılığına əsasən, yarışları yalnız yerli azarkeşlər izləyəcək. “Tokio-2020” Yay Olimpiya Oyunlarından fərqli olaraq bu dəfə xaricdən gələn media nümayəndələri və atletlərə daha sərt COVID–19 protokolları tətbiq olunacaq.

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.