“Qarabağ”ı tərk edəcək ilk futbolçu bəlli olub

Tarix: 31.05.2023

Mövsümlərarası fasilədə “Qarabağ” klubunu tərk edəcək ilk futbolçu bəlli olub.

Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev Xorvatiya əsilli yarımmüdafiəçi ilə birgə şəklini paylaşaraq, ona uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Filip Ozobiç “Qarabağ”a 2018-ci ildə “Qəbələ”dən keçmişdi.


https://azertag.az/xeber/Qarabagi_terk_edecek_ilk_futbolchu_belli_olub-2639738