“Sabah” basketbol klubu “Zirvə Astara”ya qalib gəlib

Tarix: 26.01.2023

Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib.

"Sərhədçi" İdman Mərkəzində "Sabah" və "Zirvə Astara" klubları üz-üzə gəliblər.

Gərgin idman mübarizəsi şəraitində keçən matçdan "Sabah" basketbolçuları 75:71 hesablı qələbə ilə ayrılıblar.

Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (21 xal, 8 ribaund), rəqib komandadan isə Cerret Henderson (20 xal, 11 ribaund) olublar.