06-09-2017 12:34:49

Həndbol klublarımız Türkiyədə turnirdə qüvvələrini sınayacaqlar


Sentyabrın 8-dən 10-dək Türkiyənin Ardaşen şəhərində həndbol üzrə turnir keçiriləcək.

Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, turnirdə dörd komanda iştirak edəcək.

Yarışda Azərbaycanı qadınlardan ibarət “Azərsu” və “Azəryol” klubları təmsil edəcəklər. Türkiyədən isə “Zaqnosspor Trabzon” və “Ardaşen GSK” kollektivləri yarışacaqlar.

Turnir XXV – yubiley Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyır.

Komandalarımız qardaş ölkəyə sabah yola düşəcəklər.

 

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 44 dəfə oxunub
All rights reserved.