11-09-2017 10:46:10

Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir


Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov AZƏRTAC-a məxsusi açıqlamasında bildirib ki, hər hansı texniki problem yaranmasa, Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu xəttinin rəsmi açılış mərasimi oktyabrın sonlarında keçiriləcək. Onun sözlərinə görə, açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir.

 

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 9 dəfə oxunub
All rights reserved.