07-10-2017 07:39:13

“Qarabağ” klubu hazırlığını davam etdirir


Futbol üzrə milli komandaların oyunları ilə bağlı yaranan fasilədə “Qarabağ” klubu hazırlığını davam etdirir.

Komanda gündə bir dəfə olmaqla klubun bazasında məşq edir. Millilərə dəvət alan 14 futbolçunun yoxluğunda əvəzedici heyətin bir neçə üzvü əsas komandanın hazırlıq prosesində iştirak edir.

“Qarabağ” komandası bu gün “Azərsun Arena”da “Sumqayıt”la yoxlama oyunu keçirəcək.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 18 dəfə oxunub
All rights reserved.