10-10-2017 11:45:35

“Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” tələbələrlə görüş keçirildi-FOTOLAR


09 oktyabr  2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademisyasında “Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” tələbələrlə görüş  keçirildi. 

Keçirilən görüşdə  Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Aparat Rəhbəri Sevinc Abdullayeva,  baş təlimatçı Rahil Şükürov, Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, AƏSMA-nın prorektoru Sirac Məmmədov və akademiyanın tələbələri iştirak edirdilər. Çıxış edən Binəqədi rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Fəsli Nəbiyev sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı  məlumat verdi. 
Natiq qeyd etdi ki, Prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın  məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, gənclərə cəmiyyətin bütün sferalarında təmsil olunmaq üçün, o cümlədən şəxsi inkişaflarına nail olmaq,  potensiallarının üzə çıxarılmasına  şərait yaratmaq, könüllülük fəaliyyətini  inkişaf etdirmək, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təmin etməkdir.

Çıxışının davamında sədr gəncləri Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmağa, könüllü kimi fəaliyyət göstərərək tələbəlik illərindən işgüzar bacarıqlara yiyələnməyə, asudə vaxtlarını səmərəli keçirməyə dəvət etdi. Bunun üçün YAP Binəqədi rayon təşkilatında kifayət qədər şəraitin olduğunu, o cümlədən Prezidentin gənclər siyasətinin davamı olaraq Binəqədi rayon rəhbərliyi tərəfindən  gənclərə göstərilən diqqəti vurğuladı.

Həmçinin sədr bildirdi ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz bir parçasıdır və Azərbaycana qarşı əks təbliğat aparan qüvvələr sosial şəbəkələrdən aktiv şəkildə iştirak edərək ölkəmizin qara piyarını aparmağa çalışırlar. İnformasiyanın bu qədər sürətlə yayıldığı bir dövrdə cəmiyyətin əsas aparıcı qüvvəsi olan gənclər bu mübarizədə aktiv şəkildə iştirak etməli, öz haqlı mövqelerini hər zaman bildirməlidirlər.

   Daha sonra  Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Aparat Rəhbəri Sevinc Abdullayeva çıxış edərək ilk öncə tədbir iştirakçılarına  YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun salamlarını çatdırdı və bu görüşdə iştirak etməkdən məmnunluğunu ifadə etdi. O bildirdi ki, Yap Binəqədi rayon Təşkilatı AƏSMA ilə hər zaman sıx əməkdaşlıq çərçıvəsində fəaliyyət göstərmiş, akademiyanın bir çox məzunları öz bilik və bacarıqlarına görə fərqlənidiyi üçün partiya sıralarında irəli çəkilmişdir.

 Bundan sonra sosial şəbəkələrdən istifadənin  vacibliyindən bəhs edən S.Abdullayeva gəncləri sosial şəbəkələrdə aktiv olmağa,paylaşdıqları hər bir informasiyada diqqətli olmağa səslədi.Paylaşılan hər bir informasiyaya həssaslıqla yanaşmağın zəruriliyini vurğuladı.

   Tədbirin sonunda akademiyanın prorektoru Sirac Məmmədov çıxış edərək qeyd etdi ki, bu gün məişət məsəsələlərdən siyasi məsələlərə qədər hər bir hadisə  sosial şəbəkələrdə əks olunur, müzakirə obyektinə çevrilir. Çox təəssüf ki,  bəzən sosial şəbəkələrdə yalan yalnış əsası olmayan məlumatlar paylaşılır. Bütün bunlar dövlətimizin imicinə mənfi təsir göstərir. Odur ki, hər bir şəxs öz vicdan və vətəndaşlıq  borcu naminə bu cür əks təbliğatların aparılmasına yol verməməli, hər bir paylaşıma həssaslıqla yanaşmalıdır.   

    Nitqinin sonunda natiq qeyd etdi ki, sosial şəbəkələrdə ki, işlə bağlı akademiyamızda mütəmadi olaraq təbliğat işləri aparılır. Akademiyada gənclərə təhsil verilməsi ilə yanaşı onların sağlam əqidəli vətəndaş kimi formalaşması istiqamətində mütəmadi söhbətlər aparılır.

 

 

“Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” tələbələrlə görüş keçirildi
 
 
 
 
Xəbər 184 dəfə oxunub
All rights reserved.