10-10-2017 14:22:34

“Qarabağ”ın nümayəndəsi ECA-nın Yarış İşçi Qrupuna üzv seçilib


Avropa Klublar Birliyinin (ECA) Yarış İşçi Qrupuna Azərbaycandan Ağdamın “Qarabağ” futbol klubunun baş meneceri Asif Əsgərov üzv seçilib.

Qrupa 49 nəfər öz namizədliyini irəli sürüb və onlardan 6-sı üzv qəbul olunub.

Qeyd edək ki, Yarış İşçi Qrupuna “Real”dan Emilyo Butragueno, PAOK-dan Lugoş Mixel, “Qalatasaray”dan Cenk Ergün, “Yuventus”dan Ruzo Lombardo, “Malmö”dən Nikas Karlsson və “Qarabağ”dan Asif Əsgərov seçiliblər.

Xəbər 32 dəfə oxunub
All rights reserved.