11-10-2017 12:57:02

Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərinə səfərə gəlib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Soçi şəhərinə səfərə gəlib.
Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, Soçi şəhərinin meri Anatoli Paxomov və digər rəsmi şəxslər qarşıladılar.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 14 dəfə oxunub
All rights reserved.