12-10-2017 12:37:08

“AZENCO” Qırğızıstanda layihəni uğurla həyata keçirib


“AZENCO” ASC Qırğızıstanda layihəni uğurla həyata keçirib.

“Bişkek və Oş şəhərlərinin elektrik təchizatının yaxşılaşdırılması” məqsədilə keçirilmiş tenderdə qalib gələn “AZENCO” ASC ilə “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Qırğızıstan Respublikasının Çuysk vilayətində yerləşən “Ala-Arça” yarımstansiyasının 220 kV-lik yüksəkgərginlikli xəttin (YX) layihələndirilməsi üzrə tikinti layihəsi uğurla başa çatdırılaraq sifarişçi şirkətə təhvil verilib.

Açılış mərasimində Qırğızıstan Respublikasının Enerji Holdinqinin, “NESK” ASC-nin rəhbər şəxsləri, GIE və “Gulf Spektrum” konsorsiumunun məsləhətçisi, “AZENCO” ASC-nin Qırğızıstandakı nümayəndəsi iştirak edib.

Layihənin ümumi dəyəri 4 850 000 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 220 kV-lik YGX-nin tikintisi zamanı “Trimble R6” şirkətinin GPS sisteminin peyk avadanlıqlarından istifadə edilib. Birzəncirli 220 kV-lik yüksəkgərginlikli xəttin trası 220/110/1- kV-lik “Ala-Arça” yarımstansiyanın 220 kV-lik xətt portalıdır, trasın sonu isə 220 kV-lik “Frunzensk-Bıstrovka” yarımstansiyasının 220 kV-lik 361 saylı dayağıdır. Ümumi uzunluğu 18 843,81 metr olan bu xəttin tikintisi vaxtında və uğurla başa çatdırılıb.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 11 dəfə oxunub
All rights reserved.