12-10-2017 13:19:40

Heydər Əliyev adına NEZ-də istehsal olunacaq dizelin 40 faizi, benzinin isə 25 faizi ixrac ediləcək


Heydər Əliyev adına neft emalı zavodundakı (NEZ) modernləşdirmə işləri çərçivəsində zavodun 70-75 faizi yenidən qurulacaq.

Bu barədə Bakıda keçirilən Beynəlxalq Neft Sammitində SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib. O bildirib ki, modernləşdirmə işlərindən sonra zavodda istehsal olunacaq dizel məhsulunun 40 faizinin, benzinin isə 25 faizinin ixrac edilməsi nəzərdə tutulur. Ümumilikdə zavodda 14 qurğunun yenidən qurulması planlaşdırılır. 2020-ci ildə zavod üzrə dizel, 2021-ci ildə isə neft fraksiyasının istifadəyə verilməsi nəzərdə tutulur.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 10 dəfə oxunub
All rights reserved.