12-10-2017 13:44:27

Leonardo da Vinçinin rəsm əsəri hərraca 100 milyon dollara çıxarılacaq


Leonardo da Vinçinin şəxsi kolleksiyasından tapılan son rəsm əsərlərindən biri hərraca çıxarılacaq.

Əsərin ilkin qiyməti 100 milyon dollar olacaq. XVI əsrə aid “Dünyanın xilaskarı” adlanan əsərdə İsa Məsih təsvir olunub.

Əsərin tarixçəsi haqda bir çox məqamlar hələ də aydın deyil. Əvvəllər Kral II Karlın kolleksiyasında olan portret sonradan Bukinqem hersoqunun qeyri-qanuni oğlunun əlinə keçib. Daha sonra itən portret yalnız 1958-ci ildə aşkar olub.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 11 dəfə oxunub
All rights reserved.