19-12-2017 07:18:54

YAP Binəqədi rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi-FOTOLAR




Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi. Görüşdə YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, təşkilatın əməkdaşları, könüllü gəncləri, müvafiq ərazi ilk partiya təşkilatlarının sədrləri və partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslər iştirak etdilər.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva qonaqları salamladı. Onları YAP Binəqədi rayon təşkilatının inzibati binasında görməkdən məmnun olduğunu bildirdi. Partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə hər ayın sonunda görüşlərin keçirildiyini və bu halın artıq ənənəyə çevrildiyini diqqətə çatdırdı. Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, uğurlu siyasi fəaliyyətindən, ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatlardan bəhs etdi. Dövlət başçısı cənab İlham Əliyevə xalqın inam və etimadının sayəsində partiya sıralarına üzv olanların sayının sürətlə çoxaldığını və rayon təşkilatına da çoxsaylı müraciətlərin edildiyini söylədi. O, həmçinin birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu layihələrdən, böyük xeyirxahlıq və humanist missiyalarından söz açdı. YAP Binəqədi rayon təşkilatı tərəfindən görülən işlər və keçirilən tədbirlər barədə məlumat verdi. Partiya üzvlərinin rayon təşkilatlarının bütün tədbirlərində və layihələrində fəal iştirak etməklərinin vacibliyini bildirdi.

Daha sonra YAP-a üzv olmaq üçün müraciət etmiş şəxslərlə geniş söhbət aparıldı. Onlara partiyanın tarixi, siyasi fəaliyyəti, Proqram və Nizamnaməsi, strukturu, eləcə də dünyada və ölkəmizdə baş verən mühüm ictimai-siyasi hadisələrlə bağlı bir sıra suallar ünvanladı.

Görüşdə çıxış edən YAP üzvlüyünə namizədlər partiya sıralarına qoşulmağın onların şəxsi təşəbbüsləri olduğunu bildirdilər. Könüllü olaraq YAP sıralarında təmsil olunmaq istədiklərini qeyd etdilər. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasəti dəstəklədiklərini və bu məqsədlə YAP sıralarına üzv qəbul olunmaq istədiklərini nəzərə çatdırdılar. Ölkəmizin ictimai-siyasi sabitliyinin, dünyada böyük hörmət və nüfuz qazanmasının məhz dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin uğurlu siyasətinin bariz göstəricisi olduğunu vurğuladılar.

Görüşün sonunda partiya üzvlüyünə namizədlərlə ictimai-siyasi vəziyyətə dair fikir mübadiləsi aparıldı, onların təşəbbüsləri dinlənildi. Rayon təşkilatı ilə namizədlərin təmsil olunduqları müvafiq ərazi ilk partiya təşkilatları arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, müxtəlif səpkili layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulandı. Bu cür layihələrin və tədbirlərin partiya üzvlərinin daha da  stimul yaradıcığı bildirildi.

Qeyd edək ki, görüşdə Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim edildi.

 

YAP Binəqədi rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi
 
 
 
 
 
 
 
 
 
 
 
 


Xəbər 333 dəfə oxunub
All rights reserved.