12-01-2018 06:25:02

Qadın sablyaçılarımız ABŞ-da təlim-məşq toplanışında iştirak edəcək



Azərbaycanın qadın qılıncoynadanlardan ibarət milli komandası yanvarın 15-də ABŞ-a yollanacaq.

Azərbaycan Qılıncoynatma Federasiyasından bildirilib ki, sablya növündə yarışan idmançılarımız yanvarın 16-24-də ABŞ-ın Nyu-Cersi şəhərində Fikrət Vəliyevin rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edəcəklər.

Toplanış yanvarın 26-28-də ABŞ-ın Baltimor şəhərində təşkil olunacaq qadınların dünya kuboku seriyasından sayılan “A” kateqoriyalı turnirə hazırlıq xarakteri daşıyır.

Yığmanın üzvləri həm fərdi, həm də komanda yarışlarında iştirak edəcəklər.

 

AzərTac İnformasiya Agentliyi (www.azertag.az)

Xəbər 52 dəfə oxunub
All rights reserved.