13-01-2018 07:25:31

Ulduzxan Əhmədov: 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi tarixi əhəmiyyətli hadisədir



Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə Sərəncam imzalanması azərbaycanlılar üçün və Azərbaycan dövləti üçün tarixi əhəmiyyətli hadisədir.

“Azəri” Latviya Azərbaycanlıları Cəmiyyətinin sədri Ulduzxan Əhmədov bu haqda danışıb.

U.Əhmədovun sözlərinə görə, dövlətimizin 100 illik yubileyi o deməkdir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini yaradan ovaxtkı rəhbərlərimiz düzgün yol seçiblər, ona görə də bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövləti bu gün də mövcuddur və firavanlaşır. “Azəri” Cəmiyyətinin rəhbəri deyib: “Hər bir azərbaycanlı fəxr edir ki, onun dövlətinin 100 yaşı var!”.

U.Əhmədovun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin bu Sərəncamı onun həm Azərbaycan əhalisinə, həm də rəhbərlik etdiyi dövlətin tarixinə göstərdiyi hörmət və qayğını bir daha sübut edir.

O deyib: “Biz, Latviyada yaşayan azərbaycanlılar Prezidentin bizim tarixi Vətənimizə göstərdiyi qayğıya görə ona təşəkkür edirik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun kursunun layiqli davamçısı, Azərbaycan dövlətinin Prezidentinin sayəsində biz, azərbaycanlılar ümummilli lider Heydər Əliyevin bu sözlərini qürurla deyirik: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

 

AzərTac İnformasiya Agentliyi (www.azertag.az)

Xəbər 82 dəfə oxunub
All rights reserved.